Bu səhər yeməyi qocalmanı ləngidirmiş
Alimlər müəyyən ediblər ki, "ingilis səhər yeməyi" kimi tanınan qida kombinasiyası orqanizmdə qocalma proseslərini ləngidə bilər.
BAKU.WS xəbər verir ki, "Focus" nəşrində dərc olunan araşdırmaya görə, bu səhər yeməyi balıq, yumurta və qəhvədən ibarətdir.
Məqalədə qeyd olunur: "Səhərə yumurta (məsələn, omlet), siyənək balığı və bir neçə fincan qəhvə ilə başlamaq – iki tədqiqatın nəticələrinə görə bioloji qocalmanı yavaşlada bilər".
Araşdırmalar göstərir ki, bu məhsullar hüceyrələrin fəaliyyətini dəstəkləyən və orqanizmin daha uzun müddət gənc qalmasına kömək edən vacib qida maddələri ilə zəngindir.
Mütəxəssislər bildirirlər ki, yalnız qidaların tərkibi deyil, səhər yeməyinin müntəzəm qəbulu da böyük rol oynayır. Günə balanslı qidalanma ilə başlamaq orqanizmdə faydalı prosesləri aktivləşdirə və yaşlanmanın mənfi təsirlərini azalda bilər.
Ekspertlər vurğulayırlar ki, təkcə səhər yeməyi qocalmanın qarşısını almaq üçün kifayət deyil. Bunun üçün sağlam həyat tərzi, fiziki aktivlik və keyfiyyətli yuxu da vacib amillərdir.
Oxşar xəbərlər
Əjdər Həmidovun eşq elan etdiyi Əməkdar artist kim idi?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidovun həyat və yaradıcılığına həsr olunub. Əməkdar a...