Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI

Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI
Sosial 4

Ağcabədi, Goranboy, Ağdam, Bərdə və Tərtər rayonlarında ümumilikdə 74 subartezian quyusunun əsaslı təmiri planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, təmir işlərini Regional Su Meliorasiya Xidməti həyata keçirəcək.

İşlər çərçivəsində Ağcabədi rayonunda 20, Goranboyda 22, Ağdamda 16, Bərdədə 10, Tərtərdə isə 6 subartezian quyusunun əsaslı təmiri nəzərdə tutulur.

Layihənin ehtimal olunan qiyməti 2 milyon 921 min manat müəyyən edilib.

Sənədlərdə qeyd olunan işlərə quyuların qazılması, müxtəlif qrunt qatlarının keçilməsi, quyuların yuyulması və texniki baxımdan bərpası ilə bağlı işlər daxildir.

Təmir işlərinin əsas məqsədi uzun müddət istismar olunan və texniki problemləri olan subartezian quyularının fəaliyyətinin bərpasıdır. Bu, xüsusilə kənd təsərrüfatında suvarma imkanlarının genişləndirilməsinə, əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılmasına və əhalinin su təminatına müsbət təsir göstərə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər