Bu rayonlarda köhnə su xətləri müasir borularla əvəzlənəcək - SİYAHI
Azərbaycanın bir sıra bölgələrində su təchizatı və meliorasiya infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçiriləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu məqsədlə Regional Su Meliorasiya Xidməti tərəfindən layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan olunub.
Tender Naxçıvan Muxtar Respublikası, Quba, Balakən, Qax, Ağsu, Şəki, Zaqatala və Xızı rayonlarını əhatə edir. Layihənin ümumi ehtimal olunan dəyəri 774 858,73 manat təşkil edir.
Layihə çərçivəsində müxtəlif rayonlarda nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenilənməsi, həmçinin binaların təmiri və yeni polietilen boru sistemlərinin quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, bu layihələrin icrası nəticəsində regionlarda meliorasiya və su təminatı sistemlərinin səmərəliliyi yüksələcək, kənd təsərrüfatı və əhalinin suya çıxışı daha sabit olacaq.
Oxşar xəbərlər
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
Təbiət qoynunda ov həyəcanı yaşamaq istəyən həvəskarlar üçün növbəti ov mövsümünə start verilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi he...