Bu rayonda yollar əsaslı təmir ediləcək
İsmayıllı Rayon İcra Hakimiyyəti şəhərin prospekt və küçələrində asfalt örtüklü yolların əsaslı təmiri ilə bağlı yeni tender elan edib.
BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 395 946,64 manat təşkil edir.
Satınalma sənədlərinə əsasən, işlər Qalacıq kənd yolunu da əhatə edəcək.
Yenilənəcək yolun uzunluğu 3 307 metr, eni isə 6 metr olacaq. Tikinti prosesində optimal qranulometrik tərkibli materiallardan istifadə ediləcək və örtük qatının qalınlığı 12 sm olacaq.
Layihənin məqsədi İsmayıllı şəhərində və ətraf kəndlərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yol təhlükəsizliyinin artırılması və sakinlərin rahat hərəkətini təmin etməkdir.
Oxşar xəbərlər
Azərbaycanda "Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır
Azərbaycanda "Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini...