Bu rayonda magistral su kəməri təmir olunacaq
Lerik rayonunda içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Zuvadçay–Lerik magistral su kəmərinin 4 kilometrlik hissəsində əsaslı təmir işləri aparılacaq.
BAKU.WS-in Regional Su Meliorasiya Xidmətindən əldə etdiyi məlumata görə, su xətti üzrə 4 min metr uzunluğunda polad boruların quraşdırılması, həmçinin suyun təhlükəsiz və fasiləsiz ötürülməsi üçün xüsusi texniki qurğuların - havaburaxanların, siyirtmələrin və təxliyyə sistemlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Bildirilir ki, borular sifarişçi qurum tərəfindən təmin ediləcək, daşınma xərcləri isə podratçı şirkət tərəfindən qarşılanacaq.
Təmir işləri ilə paralel olaraq layihələndirmə, smeta və texniki sənədlərin hazırlanması, eləcə də müvafiq dövlət qurumları ilə razılaşdırma prosedurları da həyata keçiriləcək.
Layihə başa çatdıqdan sonra Lerik şəhərinin su təchizatında yaranan problemlər minimuma enəcək, xətt üzrə itkilər azalacaq və əhali daha etibarlı içməli su ilə təmin olunacaq.
Oxşar xəbərlər
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
Təbiət qoynunda ov həyəcanı yaşamaq istəyən həvəskarlar üçün növbəti ov mövsümünə start verilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi he...