Bu rayonda bir neçə küçənin yolları TƏMİR EDİLƏCƏK

Bu rayonda bir neçə küçənin yolları TƏMİR EDİLƏCƏK
Sosial 119

Qazax Rayon İcra Hakimiyyəti rayonda yolların əsaslı təmirini həyata keçirəcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, təmir işləri əsasən Qazax şəhərinin Fərrux Qayıbov, Ş.İ.Xətai, Həzi Aslanov, Süleyman Rüstəm, Ələddin Qədirov küçələrində aparılacaq.

Layihənin ehtimal olunan dəyəri 688 783,70 manat təşkil edir. İşlər çərçivəsində köhnə yol örtüyünün sökülməsi, torpaq qazıntıları, qruntun daşınması, ərazinin planlaşdırılması və yolun tikintisi üçün zəruri hazırlıq işləri görüləcək.

Qeyd edək ki, məqsəd Qazax şəhərində yol infrastrukturunu yeniləmək, küçələrin hərəkət üçün daha təhlükəsiz və rahat olmasını təmin etmək, həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkət şəraitini yaxşılaşdırmaqdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm"

Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm"

Paytaxt sakini, 31 yaşlı Kamran Daşdəmirov dələduzluğa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, etibarından sui-istifadə edən şəxs bibisi oğlu Elmar Rüs...

55 Sosial 23:05 24 oktyabr 2026

Son xəbərlər