Bu ölkədən Azərbaycana quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviyanı Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
"Atası dedi ki, artistə qız vermərəm" - Çingiz Əhmədov həyat yoldaşı ilə tanışlıq hekayəsini danışdı
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Əməkdar artist Çingiz Əhmədov olub. Uşaqlıq və gənclik illərindən danışan aktyor həmin dövrdə böyük tamaşaçı...