Bu ölkədə havanın temperaturu 50 dərəcəyə çatıb

Bu ölkədə havanın temperaturu 50 dərəcəyə çatıb
Sosial 86

Avstraliyada güclü yay istiləri təsirini davam etdirir.

BAKU.WS ABC-yə istinadən xəbər verir ki, Viktoria ştatında havanın temperaturu 48,9 dərəcəyə çataraq bölgə üzrə rekord göstərici qeydə alınıb.

New South Wales və South Australia ştatlarında isə temperatur 49 dərəcəyədək yüksəlib. Şimali Avstraliyanın Renmark bölgəsində 49,6 dərəcə istilik ölçülərək yeni rekord müəyyən olunub.

Viktoria ştatının Otvays bölgəsində həddindən artıq istilər səbəbindən baş verən yanğının hələ də nəzarət altına alınmadığı, bir sıra yaşayış evlərinə zərər dəydiyi ehtimal olunur. Eyni zamanda, ştat üzrə 63 mindən çox evdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Mütəxəssislər yaxın günlərdə də bir neçə ştatda temperaturun 50 dərəcəyə yaxınlaşacağını, yanğın riskinin artacağını bildirirlər. İstilik dalğasının həftə sonunadək davam edəcəyi gözlənilir.

Son xəbərlər