Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi
14
apr
2026
09:08
Mərdəkan qəsəbəsində Almas İldırım və Yesenin küçələri aparılan təmir işləri ilə əlaqədar bağlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 140 və 140E saylı xətlərdə avtobuslar hər iki istiqamətdə müvəqqəti olaraq 28 May küçəsi, Əliabbas Əliyev küçəsi və Əliheydər Qarayev küçəsi ilə hərəkət edir.
Təmir işləri ilə bağlı 125, E1 və 149 nömrəli marşrut xətləri üzrə avtobuslar hər üç istiqamət üzrə 20-ci sahə ilə hərəkət edir və "Jurnalistlərin binası" yaxınlığında yerləşən dayanacaq məntəqəsinə daxil olmur.
Oxşar xəbərlər
Bakıda küçələrin birində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR
İyunun 22-dən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev prospektindən "8-ci km" bazarınadək) təmir işlərinə başlanılacaq. BAKU.WS...