Bu kanalın yayımı söyüşə görə dayandırıldı
"ARB" kanalının yayımı yanvarın 15-də 3 saatlıq dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Qeyd edilib ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb.
Beləliklə, "Media haqqında" Qanunun əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməsi ilə bağlı maddə pozulub.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər", - deyə məlumatda vurğualnıb.
Oxşar xəbərlər
Azərbaycanda muzdla çalışanların sayı 1,78 milyona çatıb
Bu il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər təşkil edib. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir...