Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
İyunun 5-i bütün dünyada Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) təşəbbüsü ilə keçirilən bu gün ətraf mühitin qorunmasına diqqəti artırmaq və ekoloji problemlərlə mübarizəni təşviq etmək məqsədi daşıyır.
2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününün əsas mövzusu iqlim dəyişikliyi ilə mübarizədir. Kampaniya çərçivəsində hökumətlər, təşkilatlar və vətəndaşlar qlobal istiləşmə, ekstremal hava hadisələri və ətraf mühitin mühafizəsi ilə bağlı fəaliyyətlərə çağırılır.
Bu il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edən ölkə Azərbaycandır. UNEP-in məlumatına görə, Bakı şəhərində və dünyanın müxtəlif bölgələrində iqlim fəaliyyətinə həsr olunan tədbirlər, maarifləndirici kampaniyalar və ekoloji təşəbbüslər təşkil olunur.
Qeyd edək ki, Ümumdünya Ətraf Mühit Günü ilk dəfə 1973-cü ildə qeyd olunub və hazırda dünyanın ən genişmiqyaslı ekoloji maarifləndirmə platformalarından biri hesab edilir.
Oxşar xəbərlər
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Aktiv məşğ...