Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün mərhum deputat Qənirə Paşayevanın doğum günüdür. O, 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
BAKU.WS xatırladır ki, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi.
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü ilin sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü.
28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib.
29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Subay idi. Firuzə adlı mənəvi qızı var idi.
Oxşar xəbərlər
DİN yollarda təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib
Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini, sürücü mədəniyyətinə əməl olunmasının təşviqi və vətəndaşlarla mütəmadi olaraq nəzarət-...
