Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək: İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
Oxşar xəbərlər
Pirşağıda suiti cəsədləri aşkarlanıb
Pirşağıda, Xəzər dənizinin sahilində bir neçə nöqtədə suiti cəsədləri aşkarlanıb. Ərazidə yaşayan sakinlər sahilə yayılan kəskin və xoşagəlməz qoxudan narahat o...