Bu gecə saat 00:00-dan... - Əhaliyə XƏBƏRDARLIQ!
Bu gecədən etibarən Yeri güclü maqnit qasırğası bürüyəcək.
BAKU.WS-in məlumatına görə, qasırğa gecə saat 03:00-a qədər davam edir.
Nisbətən güclü maqnit fırtınası daha sonra yerini zəif pozuntulara verəcək. Zəif səviyyəli geomaqnit qasırğası isə növbəti gün - 10 yanvar 18:00-a qədər hökm sürəcək.
Qeyd edək ki, geomaqnit qasırğası Günəşdə baş verən partlayışlar nəticəsində Yerə çatan yüklü hissəciklərin planetimizin maqnit sahəsini sarsıtmasıdır. Bu proses görünməz olsa da, təsiri həm texnologiyada, həm də insan sağlamlığında hiss olunur.
Əsas təhlükə nədədir?
Geomaqnit qasırğası zamanı Yer ətrafındakı elektromaqnit tarazlıq pozulur. Nəticədə rabitə sistemlərində nasazlıqlar, GPS səhvləri, elektrik şəbəkələrində yüklənmələr baş verə bilər. Xüsusilə peyklər və aviasiya risk altına düşür.
Kimlər daha çox təsirlənir?
– Ürək-damar xəstəlikləri olanlar
– Təzyiq problemi yaşayanlar
– Yaşlı insanlar
– Hamilə qadınlar
– Həssas sinir sisteminə malik şəxslər
Bu qruplarda baş ağrısı, halsızlıq, yuxusuzluq, diqqət pozğunluğu və təzyiq dəyişməsi daha tez-tez müşahidə olunur.
Oxşar xəbərlər
"Daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri" təsdiq edilib
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilən...