Bu ərazidə köhnə su xətləri yenilənəcək – 1,1 milyonluq LAYİHƏ

Bu ərazidə köhnə su xətləri yenilənəcək – 1,1 milyonluq LAYİHƏ
Sosial 183

Abşeron rayonunun Hökməli qəsəbəsində istismar müddətini başa vurmuş mövcud su xətləri yenisi ilə əvəz olunacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, bu barədə Regional Su Meliorasiya Xidməti satınalma müsabiqəsi elan edib.

Layihənin dəyəri təxminən 1 milyon 144 min manat məbləğində qiymətləndirilib.

Müsabiqə şərtlərinə görə, Hökməli–Qobu yolu boyunca Koroğlu küçəsindən keçən və həyətyanı sahələrdə yerləşən köhnə xətlər tamamilə dəyişdiriləcək. İşlərə layihə-smeta sənədlərinin hazırlanması, dövlət qurumları ilə razılaşdırmaların aparılması və tikintinin təşkili daxildir.

Tikinti mərhələsində isə müxtəlif diametrli polietilen boruların döşənməsi, siyirtmələrin, keçidlərin və tıxacların quraşdırılması, servis birləşmələrinin aparılması, həmçinin 400 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bina sakinləri ayağa qalxdılar: Qurumdan şikayətlərlə bağlı nə deyildi?

Bina sakinləri ayağa qalxdılar: Qurumdan şikayətlərlə bağlı nə deyildi?

Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 44A ünvanında yaşayan sakinlər binanın zirzəmisində çalışan zərgərlərin fəaliyyətindən narazıdırlar. Onların sözlərinə gö...

106 Sosial 23:53 10 dekabr 2025

Son xəbərlər