Böyükşor bulvarında təhlükə var?
Böyükşor bulvarında sahil boyunca naməlum köpük qatı müşahidə olunur.
Mövcud vəziyyətdən narahat olan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu vəziyyət son günlər yaranıb. Köpükdən xoşagəlməz və qəribə qoxunun gəldiyi də vurğulanır.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, vəziyyət müvafiq şöbə tərəfindən araşdırılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, əvvəlki illərdə də Böyükşor bulvarında oxşar köpüklənmə halları müşahidə olunub. Hazırkı vəziyyətin hansı səbəbdən yarandığı isə aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Oxşar xəbərlər
Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik...