Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub
03
sen
2026
14:19
2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
MÜTDA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən qəbul prosesi çərçivəsində bu günədək 124 mindən artıq uşağın I sinfə qəbul prosesi tamamlanıb.
Qeyd olunub ki, uşaqların I sinfə elektron qəbulu prosesi sentyabrın 3-ü saat 18:00-da başa çatacaq.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
"Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək
2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu...