Birgünlük kirayə üçün 1 000 manat: Ziyafət geyimləri bazarında qiymət artımı
Kirayəsi bir neçə yüz manata olan ziyafət geyimləri...Son zamanlarda kirayə verilən geyimlərin qiymətində artım müşahidə olunur.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, birgünlük kirayə paltarların qiyməti çox yüksəkdir - 150, 300, hətta 1 000 manata olan geyimlər mövcuddur.
Xanımlar bildirirlər ki, həm qiymət, həm də gigiyena səbəbindən alınma və tikilmə paltarlara üstünlük verirlər.
Dizaynerlərin sözlərinə görə, hazırda tikilmə paltarlara daha çox tələbat var, çünki bu halda həm forma, həm də qiymət müştəriyə uyğun olur.
Kirayə paltarlar dəfələrlə istifadə edildiyi üçün keyfiyyətli parça tələb olunur. Son vaxtlar isə belə parçaların qiyməti artıb.
Oxşar xəbərlər
İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır?
"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir? Gənclərdə insultun sə...