Bir yağış kifayətdir: Bakıda səki problemi yenidən gündəmdə
Şəhər mühitində təhlükəsizlik çox vaxt "detal" kimi qəbul olunur, amma əslində bu detallar gündəlik həyatın keyfiyyətini və insanların sağlamlığını birbaşa müəyyən edir.
BAKU.WS-in məlumatına görə, xüsusilə piyadalar üçün nəzərdə tutulmuş infrastrukturda edilən səhvlər təkcə narahatlıq yox, real risk yaradır.
Yağışlı hava şəraitində mərmər örtüklü səkidə yıxılma hadisəsinə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, bu kimi hallar artıq fərdi insident deyil, sistemli problemin göstəricisidir.
Onun sözlərinə görə, Bakı kimi rütubətli və küləkli iqlimə malik şəhərdə səki örtükləri seçilərkən estetik yanaşma təhlükəsizlik prinsiplərini üstələməməlidir:
"Cilalanmış mərmər və digər sürüşkən səthlər yağışlı havada piyadalar üçün ciddi risk yaradır və qəza ehtimalını artırır".
Ekspert vurğulayıb ki, hazırda şəhər üzrə vahid yanaşma müşahidə olunmur:
"Bu gün küçədən küçəyə fərqli materiallardan istifadə edilir, standartlaşma yoxdur. Bu isə həm təhlükəsizlik baxımından qəbuledilməzdir, həm də şəhərin vizual bütövlüyünü pozur".
Rauf Ağamirzəyev hesab edir ki, mövcud vəziyyətin aradan qaldırılması üçün bir sıra sistemli addımlar atılmalıdır:
"Səki örtükləri üçün sürüşməyə qarşı (anti-slip) standartların tətbiqi
Şəhər üzrə vahid dizayn kodunun müəyyən edilməsi
İqlimə uyğun və təhlükəsiz materialların istifadəsinin məcburi hala gətirilməsi
Mövcud riskli sahələrin mərhələli şəkildə yenilənməsi
Şəhər ilk növbədə piyadalar üçün qurulmalıdır və təhlükəsiz mühitin təmin olunması seçim deyil, zərurətdir".
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə SÖKÜNTÜ OLACAQ - Metrostansiya, tramvay xətləri...
"Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə "Təzəpir" məscidinin ətrafı, "Bayıl şəhər" adlandırılan ərazilər, keçmiş "Sovetski" (hazır...