Bir vəkil kollegiyadan çıxarıldı, digəri cərimələndi

Bir vəkil kollegiyadan çıxarıldı, digəri cərimələndi
Sosial 52

Aprelin 8-də Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə VK açıqlama yayıb.

Tədbiri giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

İclas zamanı qəbul edilmiş qərarlara əsasən, intizam pozuntularına yol verdiklərinə görə bir vəkil VK-dan xaric edilib, digər bir vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, zəruri qərarlar verilib.

Son xəbərlər