Bir sıra ölkələrdən heyvan məhsullarının idxalına məhdudiyyət qoyulub
İtaliya, Ruminiya, Belçika və bir sıra ölkələrdən gətirilən müvafiq məhsullara məhdudiyyət qoyulub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyhi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Litva Respublikasının Kaunas, Tauraq, Klayped, Mariyampol bölgələrində, İtaliya Respublikasının Trentino-Alto Adice regionunda, Rumıniyanın Sibiu bölgəsində, Belçika Krallığının Valoniya regionunda, Macarıstanın Zala bölgəsində blutanq xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Fermanah və Oma inzibati ərazilərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qeyd edilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Ən təhlükəli baş ağrısı növü müəyyən edilib
Terapevtlər ən təhlükəli baş ağrısı növünün nə olduğunu açıqlayıblar. BAKU.WS "The Mirror"a istinadən xəbər verir ki, qəfil başlayan şiddətli baş ağrısı həyati...