Binəqədidə su xəttində aylardır davam edən nasazlıq: Yol da bərbad hala düşüb

Binəqədidə su xəttində aylardır davam edən nasazlıq: Yol da bərbad hala düşüb
Video
Sosial 13

Bakının Binəqədi rayonunun Koroğlu küçəsində aylar əvvəl içməli su xəttində yaranmış nasazlıqla bağlı aidiyyəti qurum tərəfindən təmir işləri aparılıb. Lakin sakinlərin sözlərinə görə, görülən işlər problemi aradan qaldırmayıb.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında məlum olub ki, nə su sızmasının qarşısı alınıb, nə də qazıntı işlərindən sonra dağıdılan yol infrastrukturu bərpa edilib.

Nəticədə içməli su yolboyu axaraq israf olunur, yolda yaranan iri çuxurlar isə nəqliyyatın hərəkətinə ciddi maneə yaradır və qəza riskini artırır.

"Neçə dəfə burada qəza baş verib. Şəxsən mən qışda gördüm ki, yolun həmin hissəsində su yığılmışdı. Maşın sürüşərək idarəetməni itirdi, qəza baş verdi. Xəsarət alanlar da oldu", - deyə sakinlərdən biri bildirib.

"Bir dəfə avtomobilimin təkəri çuxura düşərək partladı. Məcbur qalıb əks yola çıxırıq. Sonra da deyirlər ki, sürücülər qaydalara əməl etmir, əsasən də xanım sürücüləri günahlandırırlar. Halbuki buna məcbur oluruq", - deyə digər sakin qeyd edib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, müraciət Binəqədi rayon Sukanal İdarəsinə yönləndirilib. Qısa müddətdə əraziyə briqada cəlb olunacaq, araşdırma aparılacaq və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər