Binəqədidə partlayan su borusu niyə təmir edilmir?
Dünyada gedən qlobal iqlim dəyişiklərinin təsirləri Azərbaycandan da yan keçmir. Xüsusilə yay aylarında buxarlanmanın yağıntıdan çox olması su qıtlığını daha da dərinləşdirir.
Belə bir ciddi problemin fonunda içməli suyun israf edilməsi isə haqlı narahatlıq və narazılıq doğurur.
Binəqədi rayonunun Gülüstan küçəsində yaşanan mənzərə də bunun bariz nümunəsidir. Sakinlərin sözlərinə görə, ərazidə bir neçə gündür içməli su borusu partlayıb.
Küçəyə axan su səbəbindən yollar bərbad duruma düşüb, palçıqda gediş-gəliş çətinləşib. Aidiyyəti qurum isə problemin həllinə laqeyd yanaşır.
"Su gəlib evlərimizin altına dolur. Evdə nəmişlik, rütubət yaranıb" - deyə, vətəndaşlar qeyd edirlər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Baku TV-yə bildirilib ki, su axıntısı barədə məlumat Binəqədi rayon Su İdarəsinə ötürülüb:
"Ünvana briqada cəlb olunacaq, axıntının dəqiq yeri müəyyənləşdirildikdən sonra xəttin təmiri və bərpası istiqamətində işlər görüləcək".
Oxşar xəbərlər
Ucarda yanğın 11 kəndi qazsız qoyub
Ucarda baş verən yanğın qazın təchizatında fasilə yaradıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanğın səbəbindən 11 kənddə qaz təchizatında fasilə yaranıb....