Bilal Əliyevin aeroportda maraqlı görüntüləri yayıldı - VİDEO

Bilal Əliyevin aeroportda maraqlı görüntüləri yayıldı - VİDEO
Video
Sosial 1163
Xalq artisti Bilal Əliyevin maraqlı görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, müğənni “Maşın Şou”nun dünənki buraxılışında atasının tələbi ilə şoudan getmək istəyini bildirib və əlini avtomobildən çəkib. B.Əliyev 87 yaşlı atasının yaşadığı kəndə gedəcəyini vurğulayıb. Lakin realiti proqramdan sonra sənətçi hava limanında görüntülənib. Sosial şəbəkələrdə sənəçinin yalan danışdığı və müğənninin xarici ölkəyə getmək üçün aeroporta üz tutduğu iddia edilib. Xalq artisti dünən əlini maşından götürərkən bu sözləri demişdi: "Bu gün səhər yeməyi üçün otaqdan çıxanda qapıda bir nəfər gözləyirdi məni. Atramla danışdırdı məni telefonda. 87 yaşı var. Mənə dünən olanlara görə dedi ki, dayanma, əlini götür, birbaşa rayona mənim evimə gəl. Mən də onun sözünə əməl edirəm, əlimi çəkirəm", - deyə Bilal Əliyev əlini maşından çəkib.Qeyd edək ki, B. Əliyevin atası Salyan rayonunda yaşayır. "Maşın Şou"nun iştirakçıları hava limanı ərazisində yerləşən "Sheraton" oteldə qalırlar. Müğənninin yarışdan sonra aeroprtda görüntülənməyi də normaldır. Aysel

Son xəbərlər