Bəzi ərazilərdə yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
Sentyabrın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhər saatlarında Sarıbaş (Qax), Zaqatala, Balakəndə qısamüddətli yağış yağıb.
Şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında, Culfada 21 m/s Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Tərtər, Bərdə, Şamaxıda 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
28 günlük tarif paketləri vətəndaşları qane edir?
Mobil operatorların tarif paketlərini 28 günlük müddətə təqdim etməsi abonentlərin illik rabitə xərclərinə təsir göstərir. BAKU.WS-in məlumatına görə, Azərbayc...