Bəzi dağlıq rayonlarda qısamüddətli leysan yağıb, şimşək çaxıb
Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəriati əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Kəlbəcər, Biləsuvar, Lerik, Lənkəran, Astarada 1 mm-dir.
Bəzi yerlərdə şimal-şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 20, Goranboyda 19, Naftalanda 16 m/s-yə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda 31 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
Mingəçevirdə sahibsiz itlərin sayı artıb. Sakinlər deyirlər ki, həm gecə, həm də gündüz saatlarında Kür çayının sağ və sol sahillərində yerləşən küçələrdə sahib...