Beş üzvü ağır xəstə olan ailə ilə bağlı qurumlar hərəkətə keçdilər
27
fev
2026
23:52
Baku TV-nin Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Şahbazovlar ailəsinin ağır sosial vəziyyəti ilə bağlı hazırladığı reportajdan sonra aidiyyəti qurumlar hərəkətə keçib.
Müvafiq yardımlar göstərilib, ailə üzvləri Şirvan Şəhər Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçiriliblər.
"Neçə dəfə müraciət etsək də, bizə baxan olmurdu. Sizin sayənizdə uşaqlarım bütün müayinələrdən keçdi, qan analizləri verildi. Ümid edirəm ki, dərmanları da təmin olunacaq. Sizin dəstəyinizlə balalarım müalicə alacaq", - deyə Güləmmər Şahbazova bildirib.
Oxşar xəbərlər
Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik...