Beş il əvvəl sökülən evlərinin əvəzinə yeni mənzil ala bilməyən sakinlər tikinti şirkətindən ŞİKAYƏT ETDİLƏR
Beş ildir binaları sökülüb. Yeni mənzillərlə təmin olunacaqları vədi verilsə də, hələ də evsiz qalıblar.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu sakinlər "İST Residence" MMC-dən şikayətçidirlər. Bildirirlər ki, illərdir onlarla bağlanılan müqavilənin şərtlərinə əməl olunmur.
Onlar iddia edirlər ki, sökülən evlərinin yerində tikiləcək bina hazır olanadək verilməli olan kirayə pullarının ödənişi ilə bağlı da problem yaşayırlar. Üstəlik, kirayə məbləği beş il əvvəl 400 manat müəyyən edilsə də, hələ də artırılmayıb.
Şikayətçilərin iddiasına görə, onlara mənzillərinin veriləcəyi yer də dəyişdirilib. Hansı ki, həmin ərazidə hələ söküntü işləri başlamayıb. Belə olan halda isə mənzillə təminatları da sual altına düşür.
Bütün iddialarla bağlı üz tutduq "İST Residence" MMC-nin sədr müavini Xanlar Ağayev iddia edib ki, evləri sökülən ailələrə kirayə pullarının ödənişi ilə bağlı sadəcə bir ay problem olub, hazırda isə heç bir problem yaşanmır.
Oxşar xəbərlər
"Hamı qorxu içindədir, şikayət edirik, eşidən yoxdur" - Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradıb
Paytaxtda aparılan tikinti işləri bəzi sakinlər üçün ciddi problemlər yaradır. Köçürülməyə razılaşmayan vətəndaşlar səs-küy, toz-duman və təhlükəsizlik riskləri...