Bədən skanerləri insan üçün təhlükəlidir?

İri ticarət mərkəzlərinin girişində təhlükəsizlik məqsədilə quraşdırılan insanları, çanta və əşya yoxlama cihazları bir çox insanın diqqətini çəkir. Bəzən vətəndaşlar bu skanerlərin insan sağlamlığına təsirindən narahat olurlar.
BAKU.WS xəbər verir ki, bədən skanerləri (body scanners) aeroportlarda və bəzi yüksək təhlükəsizlikli obyektlərdə istifadə olunur. İnsan bədənini paltarın altındakı əşyalar üçün yoxlayır. Mütəxəssislərin fikrincə bu cihazlarda iki növ texnologiyası var: "millimetre-wave" və "backscatter X-ray".
Baqaj skanerlərində insan cihazın içindən keçmir, sadəcə çantası keçir. Ona görə adətən sağlamlığa birbaşa təsiri yoxdur. Bədən skanerlərindən isə aeroportlardakı müasir "millimetre-wave" texnologiyası zərərli deyil, çünki rentgen şüası yox, sadə radio dalğaları istifadə olunur. "Backscatter X-ray" tipli köhnə bədən skanerlərində isə çox aşağı dozada rentgen şüası istifadə olunurdu. Doza tibbi rentgen çəkilişindən dəfələrlə azdır, amma bəzi mütəxəssislər tez-tez məruz qalmağın uzunmüddətli risk daşıya biləcəyini deyirlər.
Buna görə də bir çox ölkələr artıq bu tip skanerləri azaldıb və "millimetre-wave" texnologiyasına keçib. Yəni bədən skanerləri müasir tipdədirsə, zərərsiz hesab olunur.
Oxşar xəbərlər
İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib
Gəncə şəhər "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda...