BDYPİ-dən yola çıxanlara vacib MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Qeyd olunub ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da urbanizasiya prosesi sürətləndikcə həftəsonu şəhər və şəhərətrafı yollarda hərəkət intensivliyinin artımı müşahidə edilir. Bu tendensiya yollarda qəza ehtimalının yüksəlməsinə də təsirsiz ötüşmür.
Bildirilib ki, proqnozlara uyğun olaraq, nəzarət-profilaktik tədbirlərin gücləndirilməsinə baxmayaraq, bəzi sürücülərin tələskənliyi, diqqətsizliyi bu günlərdə yol qəzalarının sayının artmasına təkan verir.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara yol və hava şəraitini əvvəlcədən qiymətləndirməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...