BDU-nun ərazisində ekoloji təmiz enerji doldurma məntəqəsinin açılışı olub

Bakı Dövlət Universiteti (BDU) və KOBİA-nın birgə tərəfdaşlığı ilə ali təhsil müəssisəsinin ərazisində ekoloji təmiz enerji doldurma məntəqəsinin açılışı olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev, KOBİA sədri Orxan Məmmədov, universitet heyəti, KOBİA nümayəndələri iştirak edib.
Rektorun sözlərinə görə, bu layihə bir daha sübut edir ki, Azərbaycanda yaşıl enerji, yaşıl iqtisadiyyat məsələlərinə geniş önəm verilir:
"Biz yeni bir yanaşma ilə bu məsələdə öz töhfəmizi verməyi bacardıq. Bugünkü layihə ilk layihədir ki, həm günəş, həm külək enerjisindən istifadə etməklə əməkdaşları və təhsilalanlar üçün təmiz eko enerjidən istifadə imkanları yaradıldı".
KOBİA sədri O.Məmmədov isə bildirib ki, innovasiya layihələrinin dəstəklənməsi prioritetdir:
"Əminəm ki, gələcəkdə innovasiyalar üzərində işləməyə davam edəcəyik. İnanırıq ki, gələcəkdə tələbələr bundan yararlanacaq".
Elm və Təhsil Nazirliyinin rəsmisi Turxan Süleymanov qeyd edib ki, müasir dövrdə istənilən layihələrin maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir:
"Nazirlik olaraq maraqlıyıq ki, ali təhsil sahəsində dövlətlə, yanaşı özəl maliyyələşmə mexanizmləri də olsun".
Layihə rəhbəri Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov deyib ki, məqsəd elektrik enerjisinin bərpa olunan enerji qaynaqlarından və küləkdən alınması ilə karbon emissiyasının azaldılmasına xidmət etməkdir:
"Stansiyasının ümumi gücü 22 kv saatdır. Layihənin ideyası elektromobilləri enerji ilə doldurulması nəticəsində sıfır karbon emissiyası ilə təbiəti qorumaq və dayanıqlı inkişaf məqsədlərinə riayət etməkdir"
Qalereya
Oxşar xəbərlər
Bələdiyyə sənədi adlı bir sənəd yoxdur – VACİB AÇIQLAMA
"Bələdiyyə sənədi adlı bir sənəd yoxdur. Yəni belə bir sənəd yoxdur. Əgər torpaq sahəsi bələdiyyənin mülkiyyətindədirsə, 2007-ci ilə qədər olanlar belə hansısa...
