Bayramlar ərəfəsində çərəz bazarında BAHALAŞMA - QİYMƏTLƏR
Novruz bayramı ərəfəsində çərəz bazarında qiymətlər artıb. Bəzi çərəzlərin qiyməti iki dəfə bahalaşıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda bazarda ən bahalı quru meyvə püstədir.
Püstə 50-55 manat, fındıq 28 manatadır. Yerli püstəyə piştaxtalarda rast gəlinməsə də, xaricdən gətirilən məhsula tələbat var.
Püstə ilə bərabər, bu il 100 faizlik bahalaşma fındıqda da müşahidə edilir. Satıcıların sözlərinə görə, qiymətlər son 10-15 gündür artıb. İrandan məhsul gətirilməsində çətinliklər yaşandığından bu? bazara da təsir edib. Yerli məhsul isə bu il az olub.
Digər quru meyvələrin qiymətlərində də artımlar var.
Satıcıların sözlərinə görə, bayramla əlaqədar tələbatın artacağı gözlənilsə də, bu il belə olmadı. Qarşıdakı günlərdə alıcılıq qabiliyyətinin artacağı gözlənilir.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə təhlükəsizlik: Qaydaları pozanları 50 min manatadək cərimə gözləyir
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. BAKU.WS Oxu.Az-a istinadə...