Bayram tədbirlərindən sonra Bakının küçə və parkları tam təmizlənib
Bakının küçələri, parkları və meydanları yanvarın 1-i səhər saat 06:00-a qədər tam təmizlənib.
BAKU.WS xəbər verir ki, bunun üçün kommunal xidmət əməkdaşları gücləndirilmiş rejimdə çalışıblar.
Onlar insanların çox olduğu ərazilərdə operativ və səmərəli şəkildə fəaliyyət göstəriblər.
Qeyd edək ki, Bakının təmiz və nizamlı görünüşü dünyanın bir çox paytaxt şəhərlərində bayram gecəsindən sonra yaranan mənzərə ilə kəskin ziddiyyət təşkil edir. Məsələn, Fransanın paytaxtı Parisdə qalaq-qalaq zibil yığılması artıq adi hala çevrilib. Nyu-York şəhərində isə Yeni il tədbirlərindən sonra küçələrin vəziyyəti daha acınacaqlı idi. Vyetnam paytaxtı Hanoy şəhərində də bayram sonrası situasiya heç də ürəkaçan deyildi. Bakı isə bu fonda təmizlik və nizam-intizam nümunəsi kimi seçilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda yolların rəngi niyə dəyişə bilər? - Ekspertdən maraqlı təklif
Bakıda rəngli asfaltın tətbiqindən 11 il sonra onun şəhər nəqliyyatında hansı funksiyanı daşıdığı məsələsi yenidən gündəmə gəlib. BAKU.WS-in məlumatına görə, nə...