Basqala gedən yolda SÜRÜŞMƏ: Asfalt çökdü
Basqal qəsəbəsinə gedən yolda növbəti dəfə torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yolun asfalt örtüyünün bir hissəsi çöküb. Sürüşmə sərt döngədə, bir-birinə yaxın məsafədə yerləşən bir neçə nöqtədə qeydə alınıb. Bu isə xüsusilə, ərazini tanımayan sürücülər üçün ciddi təhlükə yaradır.
BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, sürücülərin sözlərinə görə, ərazidə torpaq sürüşməsi artıq bir neçə dəfə baş verib.
Onların iddiasına əsasən, yolun həmin hissəsinə yaxın vaxtlarda asfalt örtüyü çəkilsə də, problem yenidən təkrarlanıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov bildirib ki, yolun bu hissəsində problem uzun müddətdir davam edir.
Onun sözlərinə görə, dəfələrlə müvəqqəti asfalt örtüyü çəkilsə də, çökmə yenidən baş verib. Nümayəndə problemin yalnız yolun həmin hissəsində əsaslı təmir işləri aparıldıqdan sonra aradan qaldırıla biləcəyini bildirib.
Oxşar xəbərlər
Bu küçədə təmir işləri həyata keçiriləcək
Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 6:00-dan etibarən Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkə...