Balakəndə "Təmiz hava" aylığı ilə bağlı profilaktik tədbir keçirildi
Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları birgə profilaktik tədbir keçiriblər.
BAKU.WS xəbər verir ki, tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.
Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Oxşar xəbərlər
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay...