"BakuBus" Naxçıvana sərnişin daşıyacaq

BakuBus Naxçıvana sərnişin daşıyacaq
Sosial 267

"BakuBus" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib.

BAKU.WS bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər "Neoplan" markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manatdır və "biletim.az" portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.

Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Oxşar xəbərlər

Bakıda bəzi ərazilərdə torpaq sahəsinin qiyməti kəskin ARTACAQ

Bakıda bəzi ərazilərdə torpaq sahəsinin qiyməti kəskin ARTACAQ

"Ümumiyyətlə, Azərbaycanda elə ərazi olmayacaq ki, torpağın satış qiymətləri ensin. Bütün ərazilərdə qiymətlər artacaq. Bakı şəhəri baş planında 2040-cı ilə uyğ...

139 Sosial 23:48 05 iyun 2025

Son xəbərlər