Bakının mərkəzi küçəsində piyada keçidi niyə yoxdur?
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Cəfər Cabbarlı küçəsində yol hərəkətinin təşkili məsələsinə toxunulub.
Sözügedən küçədə 1.20 xəbərdarlıq nişanı olmasına baxmayaraq, piyadalar yolu həmin hissədən qanunsuz olaraq keçirlər. Bu da potensial qəza riski deməkdir. Həmin küçədə dəfələrlə piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Piyada kimi hərəkət edən şəxs məcburdur ki, yolu ya yuxarı tərəfdən, yəni Naxçıvani küçəsi ilə kəsişmədən, ya da xeyli məsafə qət edib metronun "Nizami" stansiyasının çıxışı tərəfdən keçsin. Görəsən, cavabdeh kimdir, piyadalar, yoxsa onları qayda pozmağa sövq edən yol infrastrukturu?
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...