Bakının mərkəzi prospektlərinin birində işıqforlarla bağlı yaranmış problem aradan qaldırıldı

Bakının mərkəzi prospektlərinin birində işıqforlarla bağlı yaranmış problem aradan qaldırıldı
Foto
Sosial 374

Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində işıqforlarla bağlı yaranmış problem aradan qaldırılıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov BAKU.WS-ə bildirib.

"Elektrik enerjisinin verlişi bərpa olunub və işıqforlar hazırda işləyir", - deyə Ö. Xıdırov vurğulayıb.

***15:26

"Qeyd olunan prospektdə svetoforların işləməməsinə səbəb əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov BAKU.WS-ə açıqlamasında deyib.

"Məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib. Problemin qısa müddətdə aradan qaldırılması üçün işlər görülür", - deyə Ö. Xıdırov qeyd edib.

***14:59

Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində işıqforlar işləmir.

BAKU.WS-in məlumatına görə, sözügedən hal bu gün baş verib.

Nəticədə paytaxtın əsas prospektlərindən biri sayılan yolda sürücülər üçün təhlükəli vəziyyət və qəza üçün şərait yaranır.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

Banu Hüseynli

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...

120 Sosial 00:20 21 oktyabr 2026

Son xəbərlər