Bakının bəzi hissəsində internet kəsildi
24
iyl
2026
18:03
Bakı şəhərində kabel televiziyası və internet xidmətləri təklif edən "KATV1"də ("AG Telekom" MMC) problem yaranıb.
Vətəndaşların BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, şirkətin təqdim etdiyi internet xidməti işləmir. İnternet Nizami, Binəqədi rayonu ərazisində kəsilib.
Şirkətdən vətəndaşlara verilən məlumata görə, texniki nasazlıq səbəbindən internetin verilişində problem yaranıb. Hazırda problemin aradan qaldırılması istiqamətində texniki işlər görülür. Nasazlığın nə zaman aradan qaldırılacağı isə dəqiq bildirilməyib.
Oxşar xəbərlər
Bu xəstəliklərin müalicəsi sığorta ilə olacaq - RƏSMİ AÇIQLAMA
İcbari tibbi sığortanın əhatə dairəsinin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta ü...