Bakının bəzi əraziləri hələ də susuz qalıb - Aidiyyəti qurum niyə səssizdir?

Bakının bəzi əraziləri hələ də susuz qalıb - Aidiyyəti qurum niyə səssizdir?
Video
Sosial 171

Bakıda içməli su problemi davam edir. Paytaxtın bir sıra rayon və qəsəbələrində günlərlə su verilişində fasilələr yaranıb. Sakinlər bildirirlər ki, içməli suya çıxış məhduddur və bu, artıq xeyli müddətdir davam edir.

Vətəndaşlar qeyd edirlər ki, məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə əlaqə saxlamağa çalışsalar da, suyun nə vaxt veriləcəyi barədə onlara konkret məlumat verilmir.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət edilsə də, qurumun mətbuat katibi Ceyhun Musaoğlu zəngləri cavabsız qoyub.

Qeyd edək ki, bir müddət əvvəl bu kimi fasilələr Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqələndirilmişdi. Həmin qəzanın aradan qaldırıldığı bildirilsə də, paytaxt sakinlərinin içməli su problemi hələ də öz həllini tapmayıb.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Bu bürclərə hamının yazığı gəlir

Bu bürclərə hamının yazığı gəlir

Astrologiya mütəxəssislərinin fikrincə, bəzi bürclər həssas və empatik xarakterləri ilə seçildikləri üçün ətrafdakılarda onlara qarşı yazıq hissi oyadır. BAKU.W...

194 Sosial 21:32 04 dekabr 2025

Son xəbərlər