"BakıKart" işlədən hər kəs üçün VACİB AÇIQLAMA

Avqust ayından etibarən "BakıKart" tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.
BAKU.WS Milli.Az-ə istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "BakıKart" tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: "Tətbiq yaxın günlərdə istifadəyə veriləcək".
Qeyd edilib ki, vətəndaşların "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:
"Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən (məsələn, "BirBank" və "M10" tətbiqlərində QR-kod yaratmaqla) istifadə edə bilərlər".
Oxşar xəbərlər
Reklam bazarında yeni MÜBARİZƏ: "Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!"
"Televiziyalar vasitəsilə tanıdılan bir çox məhsul, tikinti işi, avtomobil şirkətləri daim bazarda rəqabət üstünlüklərini əlində saxlayaraq böyük paya sahib olu...
