"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - RƏSMİ AÇIQLAMA
Avqust ayından etibarən "BakıKart" tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "BakıKart" tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: "Tətbiq yaxın günlərdə istifadəyə veriləcək".
Qeyd edilib ki, vətəndaşların "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:
"Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən (məsələn, "BirBank" və "M10" tətbiqlərində QR-kod yaratmaqla) istifadə edə bilərlər".
Oxşar xəbərlər
Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır?
Dövlət büdcəsində ilin yeddi ayı üzrə 3.4 milyard manat profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi borclanmaya gedir. Bu dövrdə büdcənin gəlirləri pro...