Bakıdakı yağışa görə bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib
Bakıda İntensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 191 nömrəli marşrut xətti: Q.Qarayev - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.
161 nömrəli marşrut xətti: Hövsan - Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.
Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu" stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.
"Bu dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
İftar vaxtı - 8 mart 2026: Ramazanın 18-ci günü
Ramazan ayının on səkkizinci günündə - 8 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub. Ramazanın 18-cü günü üçün Az...