Bakıda yenilik tıxaca səbəb olub
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində vətəndaşlar yol hərəkətinin təşkilindən narazıdırlar.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilir ki, rayon icra hakimiyyətinin qarşısında yolda yenidən xətlənmə və yol nişanların qoyulması nəticəsində ərazidə tıxac yaranır.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yol təşkili nəticəsində ərazidə gün boyu tıxac yaranır. Əvvəllər yolda tıxac olmurdu. AYNA yeniliyi tətbiq etdikdən sonra ərazidə bərbad vəziyyət yaranıb", - deyə şikayətdə bildirilib.
Ərazidən görüntü təqdim edirik:
Oxşar xəbərlər
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Avto...