Bakıda yeni məktəb binası tikilir - 624 şagird oxuyacaq

Bakıda yeni məktəb binası tikilir - 624 şagird oxuyacaq
Sosial 40

Paytaxtın Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbin yeni binasının tikintisi istiqamətində növbəti mərhələyə start verilir.

BAKU.WS-in məlumatına görə, Təhsilin İnkişafı Fondu layihə çərçivəsində tikinti işlərinin davam etdirilməsi ilə yanaşı, təhsil ocağının müasir mebel və avadanlıqlarla təchiz olunması planlaşdırır.

Məlumata görə, köhnə məktəb binasının sökülməsindən sonra ərazidə 624 şagird yerlik yeni tədris korpusu inşa olunur. Hazırkı mərhələdə bünövrənin möhkəmləndirilməsi, torpaq-qazıntı işləri, tikinti sahəsinin hazırlanması və digər əlavə inşaat işləri həyata keçiriləcək.

Bundan başqa, yeni məktəbin istifadəyə tam hazır vəziyyətə gətirilməsi üçün sinif otaqları və digər tədris sahələri zəruri mebel və avadanlıqlarla təmin ediləcək.

Bu işlərə ümumilikdə 938 min 755 manat vəsait ayrılması nəzərdə tutulur. Layihənin əsas məqsədi müasir standartlara cavab verən, təhlükəsiz və komfortlu təhsil mühiti yaratmaq, şagirdlərin daha yaxşı şəraitdə təhsil almasını təmin etməkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər