Bakıda uşaq bağçasında ANTİSANİTAR vəziyyət - Yataq otaqlarında siçovullar gəzirlər
Bakının Nizami rayonunda yerləşən Şahin Abbasov adına uşaq bağçasında antisanitar vəziyyət hökm sürür.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, bağçada siçovullar masaların üzərində və yataq otaqlarında gəzirlər, uşaqlar isə qorxu içərisindədirlər.
Valideynlər bildiriblər ki, bağçanın əsaslı təmirə ehtiyacı var.
Bağçadakı azyaşlılar da dəfələrlə siçovulları gördüklərini təsdiqləyiblər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən uşaq bağçasında infrastrukturun yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...