Bakıda universitetin yataqxanalarını BİT BASDI
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yataqxanalarını bit basıb. Söhbət ADPU-nun Dərnəgül qəsəbəsində yerləşən 2 və 3 saylı yataqxanalarından gedir.
Keçmiş məcburi köçkünlərin yaşadığı bu çoxmərtəbəli binaların sakinləri 1 ilə yaxındır ki, bit-birə əlindən cana yığıldıqlarını deyirlər.
Məsələ ilə bağlı ADPU-dan "Xəzər Xəbər"ə bildirilib ki, bu yataqxanaların binası universitetin balansındadır.
Binanın komendantı isə deyib ki, evlərin bitlərdən təmizlənməsi üçün prosesi həyata keçirməli olan şirkətlə əlaqə saxlayıblar. MMC-dən bildirilib ki, onlarla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeni müqavilə bağlamalıdır ki, gəlib binada təmizlik işləri aparsınlar.
Qurumdan isə bildirilib ki, bu günə qədər Dövlət Komitəsinə qeyd edilən məsələ ilə bağlı müraciət daxil olmayıb.
Fakt yaxın günlərdə ətraflı araşdırılacaq. Yaranmış problemin aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...