Bakıda tənqidlərdən sonra 8 qohum namizədliyini geri götürdü - FOTO

Bakıda tənqidlərdən sonra 8 qohum namizədliyini geri götürdü - FOTO
Sosial 2505

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsinin bələdiyyə sədri Rəfail Cəfərov və 7 yaxın qohumunun 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə namizədliyini verməsi barədə məlumat yayılmışdı.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə tənqidlərə məruz qalan Rəfail Cəfərov özü ilə yanaşı qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumun namizədliyini artıq geri götürüb.

Artıq Mərkəzi Seçki Komissiyasının saytında üçüncü Suraxanı seçki dairəsinin Əmircan qəsəbəsi üzrə namizədlərin siyahısında onların adı yoxdur.

Hazırda həmin qəsəbə üzrə 51 namizədin adı var.

Öncəki siyahı

Hazırkı siyahıya isə bu linkdən baxa bilərsiniz - https://www.infocenter.gov.az/archive/Bld2019.aspx?i=3&dsk=32

Fərid ƏDALƏT

Oxşar xəbərlər

Son xəbərlər