Bakıda suyu gəlməyənlərə ŞAD XƏBƏR - Sabah...

Bakıda suyu gəlməyənlərə ŞAD XƏBƏR - Sabah...
Sosial 138

Bakının Səbail rayonu ərazisində bir neçə gündür içməli suyun verilməsində problemlər yaranıb.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Şikayətçi Safura Qubadova deyir ki, hər dəfə aidiyyatlı qurumlardan suyun nə zaman verilməsi barədə soruşanda dəqiq cavab verilmir.

"Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində su verilmir. Heç kim düzgün cavab vermir, demirlər su nə zaman gələcək", - Safura Qubadova şikayətlənib.

Rəsmi qurumdan isə bildirildi ki, qeyd edilən ərazidə qəza baş verib. Bu səbəbdən də, içməli suyun verilməsində fasilələr yaranıb. Sabah problemin həll ediləcəyi bildirilir.

Son xəbərlər