Bakıda şirkət ağacları kəsib - İşi Baş Prokurorluq araşdıracaq

Bakıda şirkət ağacları kəsib - İşi Baş Prokurorluq araşdıracaq
Sosial 98

Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan məlumat əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, araşdırma zamanı sözügedən ünvanda "Avant Group" MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

"Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "168" Çağrı Mərkəzinə müraciət etsinlər", - quzumdan bildirilib.

Oxşar xəbərlər

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir

Abşeron rayonunun Xırdalan şəhərində yaşlı kişi bir aya yaxındır ki, avtobus dayanacağında gecələyir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, adını və soy...

46 Sosial 23:23 23 fevral 2026

Son xəbərlər